“Pacific Group” Azərbaycanda ən iri şaxələndirilmiş, dinamik inkişaf edən şirkətlər qrupundan biridir. Ölkə iqtisadiyyatının aparıcı sektorlarında əsas sahələr üzrə fəaliyyət göstərməklə bir sıra şirkətləri özündə birləşdirir. Qrupun tərkibinə daxil olan şirkətlər iqtisadiyyatın müxtəlif sektorlarının aktivlərini idarə edir və həm “Pacific Group” un dinamik inkişafına, həm də fəaliyyət göstərdikləri regionların rifahının artmasına töhfə verir. “Pacific Group” sənaye, kənd təsərrüfatı, tikinti və digər istiqamətlər üzrə fəaliyyət göstərir.
“Pacific” şirkətlər qrupu yaranmasından az
vaxt keçməsinə baxmayaraq,
ölkə miqyasında öz sözünü demiş, fəaliyyət göstərdiyi dövrdə bir sıra ölkələrlə
mühüm beynəlxalq əməkdaşlıq əlaqələri həyata keçirmişdir.