Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi
08.02.2021

“İnova” şirkətinin həyata keçirdiyi irihəcmli tikinti layihələrindən biri də Ağdamda yerləşən Rusiya-Türkiyə Sülhməramlılarının Birgə Monitorinq Mərkəzidir. Qeyd edək ki, mərkəzin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti və yaşayış otaqları yerləşir. Bütün otaqlar zəruri avandanlıqlarla təmin olunmuşdur.

Həmçinin mərkəzdə brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, dərzi və mağaza da var. Ərazidə generator, avtomobil dayanacağı, iki ədəd idman şəhərciyi, ərzaq və soyuducu anbarları yerləşir.

Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub.