Karyera

"Pacific” şirkətlər qrupu işçilərinin yüksək peşəkarlıq, daim yeniliklər və inkişafa səy göstərmək əzmi, yüksək motivasiyalı komanda ruhu əsasında formalaşması istiqamətində çalışan bir şirkətlər qrupudur.

Biz inanırıq ki, bizim yaradacağımız iş mühiti işçilərimizin məhsuldar fəaliyyət göstərməsi üçün əlverişli olacaq, onlara məmnunluq və nailiyyət gətirməklə yanaşı, böyük dəyərlər qatacaq.

“Pacific” şirkətlər qrupunda iş münasibətləri əmək münasibətlərinin ən vacib prinsiplərindən biri olan ayrıseçkiliyin yol verilməməsi prinsipi əsasında qurulur. Bərabər iş imkanları qanun tərəfindən tələb olunmaqla yanaşı, biznesdə uğur qazanmağa imkan verən ən əsas komponent kimi iş münasibətlərinin bütün mərhələlərində qorunub saxlanılır.

İşə qəbul

“Pacific” şirkətlər qrupunda qəbul prosesi obyektivlik və bərabərlik prinsipləri rəhbər tutularaq aşağıdakı mərhələlərlə həyata keçirilir:

• Vakant vəzifənin açıqlanması, meyarların müəyyənləşdirilməsi
• CV-lərin qısa siyahısının tərtib edilməsi
• Müsahibənin keçirilməsi
• Qiymətləndirmə prosesi
• İşə qəbulun təsdiq edilməsi və yazılı iş təklifinin təqdim olunması