“İnova” MMC-nin yeni layihəsi
21.08.2021

“İnova” şirkəti tərəfindən həyata keçirilən irihəcmli tikinti layihələrindən biri də ölkəmizdə ən iri marketlər şəbəkəsindən biri olan “Oba” marketlər şəbəkəsi  üçün inşa olunmuş mağazadır. Belə ki,  şirkətimiz “Oba” marketlər şəbəkəsi ilə bağlanan müqaviləyə əsasən, 9,66×12 ölçülərində mağaza istehsalını həyata keçirmişdir. Mağaza Bakı şəhəri, Yeni Salyan yolu 22 ünvanında yerləşir. Mağazada anbar, ofis, sanitar qovşağı, soyunma otağı üçün müvafiq müasir görünüşlü otaqlar qısa müddətdə istehsal olunmuş, bütün lazımi avadanlıqlarla təchiz olunmuşdur.