“İnova” MMC erməni işğalından azad olunmuş rayonlarımızda
25.06.2021

Öz tikinti fəaliyyətini genişləndirən “İnova” şirkəti erməni işğalından azad olunmuş rayonlarımızda da yenidənqurma və bərpa işlərinin həyata keçirilməsində öz töhfəsini verməkdə davam edir. Belə ki, şirkətimiz azad olunmuş ərazilərimizdə şəxsi heyət üçün  2.6×6 ölçülərində 100 ədəd yaşayış konteynerlərinin istehsalını həyata keçirmişdir. Bu konteynerlərdə əsgər və zabit heyətinin məişət şəraitinin yaxşılaşdırılması üçün lazımi şərait yaradılmışdır. Konteynerlər bütün zəruri avadanlıqlarla təchiz olunmuş, qısa müddət ərzində hazırlanaraq təhvil verilmişdir.