Sənaye-tikinti

Provista

İnşaat sektorunun tələblərinə yüksək səviyyədə cavab verən “Provista” MMC Azərbaycanda sendviç panellər, termo izolyasiya lövhələri, kimyəvi inşaat məhsulları, beton sement qatqıları, gips əsaslı məhsullar və boya istehsalı üzrə ixtisaslaşmışdır. Müəssisə 2019-cu ilin oktyabrında təsis edilib.

Şirkətin məqsədi ölkə daxilində və xaricində tikinti sahəsində innovativ layihələr, inşaat sahəsində dəyişiklikləri istiqamətləndirən, istifadəçisinin razı qalmasını yüksək səviyyədə təmin edən, yerli və xarici iş ortaqlarının seçiminə çevrilən beynəlxalq məhsul markaları təqdim etməkdir.

Əsas məqsədimiz Azərbaycanın inkişafında, dünya ilə inteqrasiyasında əhəmiyyətli rol oynayacaq yeni əlaqələri təmin etmək və inşaat materialları texnologiyalarının istifadəsini artırmaq üçün həlli yolları təqdim etməkdir.

Kimyəvi inşaat materialları zavodunda istehsal olunan məhsullar sement, mineral və polimer tərkibli yapışdırıcı, aralıq doldurucusu, hidroizolyasiya, təmir qarışığı, beton sərtləşdiricisi üçün nəzərdə tutulan toz şəkilli komponentlərdir. İstehsal yerində bu qarışıqlar müxtəlif tələb olunan nisbətdə su ilə qarışdırılır və təyinatına əsasən uyğun şəkildə tətbiq olunur. Quru qarışıqlar üçün verilmiş məlumatlar nəzəri və praktik bilgilərə əsaslanaraq hazırlanıb.

“Provista” MMC sadəcə məhsulun keyfiyyətinə cavabdehlik daşıyır. Qarışıqlar kafel, metlax, qranit döşənməsi, beton, döşəmə örtüyünün salınması, aralıq doldurucusu, suvaq, hörgü və s. kimi fəaliyyətlərdə geniş tətbiq edilir. Yaranan nəticələrə şirkət cavabdehlik daşımır. Tətbiq zamanı iş və sağlamlıq şərtlərinə uyğun iş geyimi, qoruyucu əlcək və eynəkdən istifadə edilməlidir. Anbarda və ya istifadə zamanı qarışıq tozlarının gözə və dəriyə düşməsindən qorunmalı, bu baş verdikdə isə dərhal bol su və sabunla yuyulmalı, orqanizm tərəfindən udulduqda təcili həkimə müraciət edilməlidir. Qida məhsulları material tətbiq edilən sahələrdə olmamalıdır və materiallar uşaqların əlləri çatmayacaq yerlərdə saxlanılmalıdır. Məhsulların saxlanma müddəti düzgün anbarlama şəraiti əsasında hesablanmışdır.

Azərbaycan sənayesi ücün inşaat sahəsinin tələb etdiyi yüksək keyfiyyətli poliuretan izolyasiya panelləri Bakıda, son texnologiyalarla təchiz edilmiş fabrikdə istehsal olunur.

İllik 1.5 milyon m² istehsal gücü və fasiləsiz istehsal texnologiyasına sahib olan istehsal xətti İtaliyadan gətirilmişdir. Eyni zamanda panellər beynəlxaq keyfiyyət düşüncəsinə sahib ixtisaslı mütəxəssislərin nəzarəti ilə istehsal olunur. Panellərin 3 və 5 təpəli dam, örtülü vintü fasad və soyuducu anbar tikintisi üçün nəzərdə tutulan növləri istehsal olunur. Panellərin qalınlığı 40-150 mm, sıxlığı isə 40-42 kq/m³ təşkil edir. Şirkətimizdə, həmçinin yanmayan panellər də istehsal edilir. Məhsullarımızın istehsalında dünya standartlarına cavab verən xammallardan istifadə olunur. Panelin quraşdırılmasında istifadə olunan aksesuarlar xüsusi olaraq Almaniyadan gətirilmiş bükmə maşınlarında hazırlanır.

Məqsədimiz sadəcə Azərbaycanda xidmət göstərmək deyil, həmçinin dünya ölkələrinin də bazarlarına inteqrasiya olunmaqdır.

Əlaqə vasitələri
Ünvan: Şamaxı sossesi 15 km, Bakı, Azərbaycan
Mobile: (+994 50) 209 65 56
E-poçt: info@provista.az