Sənaye-tikinti

Pacific Metal Grid

“Metal Tor istehsalı” zavodu 2019-cu ildə “Pacific Metal Grid” şirkətinin balansında yaradılmışdır. Burada yerləşdirilən avadanlıqlar Avstriyanın bu sahədə dünyanın ən qabaqcıl şirkətlərindən biri olan “EVG” şirkətinin avadanlıqlarıdır.

“Metal Tor istehsalı” zavodunda metal torlar hazırlanmasına və xüsusiyyətinə görə 2 növdə - kart və rulon formasında istehsal olunur. Metal tor istehsalı prosesində xüsusi olaraq hasarlara uyğun dirək və dayaqlar hazırlanır. Torlar bir-birinə dirək və klipslər vasitəsilə bərkidilir.

Metal torlar son mərhələdə istənilən rəng ilə boyanmaq üçün konveyer xəttinə daxil olur. Boyama mərhələsi elektrostatik toz boya vasitəsilə, bişirmə üsulu ilə həyata keçirilir.

Toz boya konveyer xətti Türkiyənin bu sahədə çox inkişaf etmiş şirkətlərindən olan “Elsisan” şirkətindən, boyama avadanlıqları (robot xətti) isə İsveçrənin “GEMA” şirkətindən təmin olunmuşdur.

Montaj olunan hasarların bütün hissələri zavod tərəfindən təmin edilir. Bu müəssisədə "PG-DEZOX" dezinfeksiyaedici tuneli istehsal olunmuşdur. Tunel respublikamızda geniş yayılmış koronavirus infeksiyası ilə mübarizədə mükəmməl cihazdır.

Müəssisədə, həmçinin tibbi və adi çarpayıların istehsalı da həyata keçirilir.

“Pacific Metal Grid” müəssisəsində yaşayış konteynerlərinin istehsalı həyata keçirilir. Müəssisədə konteynerlərin müxtəlif modelləri istehsal olunur: ofis, yaşayış, hamam-tualet, inzibati konteynerlər. Konteynerlər daşınma, qənaət, sürət, elastiklik baxımından bir sıra mühüm üstünlüklərə malikdir.

“Metal Tor istehsalı” zavodu Avstriya, Rusiya kimi ölkələrlə əməkdaşlıq edir. Gələcək dövrlərdə Gürcüstan, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin qurulması, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.

Əlaqə vasitələri
Ünvan: Şamaxı şossesi 15 km, Bakı, Azərbaycan
Phone: (+994 12) 310 40 00 Mobile: (+994 50) 209 65 65
Biznes Vahidləri