Kənd təsərrüfatı

Pacific Commerce

"Pacific Commerce" MMC “Pacific" şirkətlər qrupunun tərkibinə daxil olan topdansatış ticarət şirkətidir. Əsas fəaliyyət istiqaməti qida və kənd təsərrüfatı sektorları üçün xammal, material və avadanlıqların idxalı və daxili bazarda satışının təşkilindən ibarətdir. “Pacific Commerce” MMC 29.08.2019-cu ildə qeydiyyata alınmışdır.

“Pacific Commerce”, eyni zamanda “Pacific Group” a daxil olan müəssisələr tərəfindən istehsal olunmuş məhsulların satışına dəstək verir. Şirkətimiz həm də taxıl və yem məhsullarımızın Yaxın və Orta Şərq bazarlarına ixracı məsələsi üzərində də ciddi işləyir. 

“Pacific Commerce” öz fəaliyyətinə taxıl idxalından başlamış, Rusiyanın Volqoqrad, Voronej və Saratov vilayətləri ilə işgüzar əməkdaşlıq yaratmışdır.

Növbəti mövsümdə aqrar bölmənin və emal sənayesinin qarğıdalı, soya, günəbaxan, xam bitki yağları, müxtəlif qatqılar, yem əlavələri, premikslər, aqrokimyəvi maddələrlə təchizatı şirkətin prioritet fəaliyyət istiqamətləri olaraq müəyyən edilmişdir. Əməliyyatların əhatə dairəsinin genişləndirilməsi üçün regional logistika bazalarına sərmayə qoyuluşları da nəzərdə tutulur.

Əlaqə vasitələri
Mobile: (+994 50) 209 65 63