Kənd təsərrüfatı

Pacific Vinifera

Üzümçülük kənd təsərrüfatının ən gəlirli sahələrindən biridir. Bundan başqa, bu sahə böyük ixrac potensialına malik olan şərabçılıq üçün xammal bazasıdır. Bu baxımdan “Pacific Group” un tərkibində üzümçülük prioritet istiqamət olaraq inkişaf etdirilir. Məhsuldar bağların sahəsinin artırılması, yaşlı bağlarda seyrəkliyin aradan qaldırılması, sort qarışığının minimuma endirilməsi, müasir suvarma və becərmə texnologiyalarından istifadə etməklə məhsuldarlığın və keyfiyyətin yüksəldilməsi üzümçülük sahəsində başlıca strateji məqsədlərimizdir.
“Pacific Vinifera” üzüm istehsalının ixtisaslaşdırılması, bu sahədə idarəetmənin vahid mərkəzdə cəmləşdirilməsi, maliyyə, təchizat və satış proseslərinin daha da təkmilləşdirilməsi məqsədi ilə yaradılmışdır.

Müəssisənin strukturuna Göygöl, Yevlax, Lənkəran, Qəbələ, Cəlilabad və Salyan rayonlarında yerləşən 985 ha məhsuldar üzüm bağı və 3 ilkin emal zavodu daxildir.
Üzüm bağlarında Cabernet Sauvignon, Cabernet Franc, Merlot, Pinot Noir, Chardonnay, Aligote kimi Avropa, Saperavi, Rkasiteli kimi gürcü və Mədrəsə, Bayanşirə, Şirvanşah kimi yerli texniki, Ağ və Qara kişmişi, Təbrizi kimi süfrə üzüm sortları becərilir. Bağlardan hər il 6.5-7.0 min ton üzüm toplanılır və emal müəssisələrinə göndərilir.

Qrupumuz tərəfindən ilkin emal müəssisələrinin modernizasiyası üzrə layihələrin də həyata keçirilməsi planlaşdırılır.

Əlaqə vasitələri
Mobile: +(994 50) 209 65 65