Kənd təsərrüfatı

Pacific Meyvə Bağları

“Pacific Meyvə Bağları” MMC 02.09.2019-cu ildə qeydiyyata alınmışdır. Müəssisənin yaradılmasında məqsəd Azərbaycanın qədim meyvə bağlarının ənənələrini yaşatmaq və gələcək nəsillərə ötürməkdir. Meyvə bağları Azərbaycanın Salyan, Biləsuvar, Cəlilabad, Qəbələ, Göyçay, Ağsu, Kürdəmir, Lənkəran rayonlarının ərazisində yerləşir. Meyvə bağları meyvələrin çeşidlərinə görə də fərqlənir. Belə ki, Salyan rayonu ərazisində nar, üzüm, zeytun bağları, yonca əkin sahəsi, Biləsuvar rayonunda nar, Cəlilabadda üzüm bağları, Qəbələ rayonu ərazisindəki Nohurqışlaqda Qızıl Əhmədi alması, qırğız, düşes armud sortları, “Qəbələ şəhər” ərazisində alma, armud bağları, Nicdə alma, tut bağları, Ovcullu bağ, Kürd bağı ərazilərində intensiv alma, klassik alma, gavalı bağları, Göyçay, Kürdəmir, Ağsu rayonlarında nar bağları, Lənkəran rayonunda hallabonq bağları yerləşir.

“Pacific Meyvə Bağları” nın inkişaf etdirilməsi gələcəkdə daxili bazarla yanaşı, xarici bazarlara da Azərbaycan meyvələrinin ixrac olunması üçün əlverişli şərait yaradacaqdır. Müəssisədə meyvəçiliyin inkişafı üçün ən müasir aqrotexniki yeniliklərdən istifadə olunur.

Əlaqə vasitələri
Phone: (+994 50) 209 64 77