Kənd təsərrüfatı

Aqroinnova

“Pacific” şirkətlər qrupuna daxil olan “Aqroinnova” MMC 2016-cı ildə yaradılmışdır. Müəssisənin əsas fəaliyyət istiqaməti istixana şəraitində tərəvəz bitkilərinin yetişdirilməsidir. İllik istehsalın həcmi 1650 tondur. Bu məhsulun təqribən 80%-i ixrac olunur. Hazırda Şüvəlan qəsəbəsində müəssisənin istifadəsində 57 hektar torpaq sahəsi vardır. 2017-ci ildə həmin ərazinin 5.5 hektar sahəsində müasir istixana kompleksi yaradılmışdır. İstixananın avadanlıqları Hollandiya, İspaniya, Almaniya və Türkiyə şirkətləri tərəfindən təchiz edilmişdir.  Burada respublikada yeganə olan süni iqlim yaratma – poliklima sistemi qurulmuşdur. Bu sistem xarici mühitin temperaturundan asılı olmayaraq, hətta ən isti yay günlərində də istixananın içərisində bitkilər üçün optimal iqlim şərtlərini təmin etməyə imkan verir. Becərmə süni qrunt üzərində və damcı suvarma sistemindən istifadə etməklə aparılır. Gübrələmə və bitki mühafizə tədbirləri tam avtomatlaşmışdır. İstixanamızda pomidorun "Pink Paradise", "Fujumaro", "Ahu" sortları yetişdirilir.

İstixanamız artıq 3 ildir ki, həm daxili, həm də Rusiya bazarını yüksək keyfiyyətli pomidor məhsulu ilə təmin edir. 2020-ci ildə “Aqroinnova” MMC tərəfindən əlavə olaraq 6.4 hektar ərazidə yeni, daha müasir istixananın tikintisinə başlanılmışdır. Bu istixananın önümüzdəki aylarda tam istifadəyə verilməsi planlaşdırılır. Yeni layihə də başa çatdıqdan sonra illik istehsal həcminin əhəmiyyətli şəkildə artırılacağı gözlənilir.

Əlaqə vasitələri
Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 saylı Zeytunçuluq Sovxozu
Phone: (+994 50) 209 65 01