Kənd təsərrüfatı

Aqro-Azərinvest

Müəssisə Azərbaycanın Qəbələ rayonunda 2004-cü ildə təsis edilib. İstehsal fəaliyyətinə 2006-cı ildə başlamışdır. Müəssisənin məqsədi şərab istehsalında böyük şöhrət qazanmış Azərbaycanın keçmiş üzüm bağlarını bərpa etməkdir.

İstehsal prosesi üzrə fəaliyyət yeni üzüm bağlarının salınmasından, bu bağların təbliğindən başlayaraq, üzümün emalı, istehsalı və müəyyən edilən şərab növünün bazara çıxarılmasına kimi tam qaydada yerli şəraitdə həyata keçirilir. “Aqro-Azərinvest” MMC 2019-cu ildən başlayaraq “Pacific Group” un tərkibində fəaliyyət göstərir.

Üzüm emalı müəssisəmizdə hər il 100 min dkl şərab məhsulu istehsal olunur. Ənənəvi Azərbaycan şərabları olan “Mədrəsə”, “Ağstafa”, “Şamaxı”, “Alabaşlı”, “Şahdağ”, “Bayan Şirə”, “Ağdam” portveyni ilə yanaşı, “Qəbələ”, “İrəvan qalası”, “Basarkeçər”, “Vedibasar”, "Nazlı" kimi yeni şərab markaları, “Gold Baku”, “Hayat”, “Mersi Baku” kimi çoxillik konyakları da yerli və xarici bazarlarda təqdim olunur.

Əlaqə vasitələri
Ünvan: "Aqro-Azərinvest" MMC, Baş ofis: AZ 1072, Azərbaycan Respublikası, Bakı şəhəri, K. Rəhimov küçəsi 3
Phone: Tel: (+99412) 465-50-25 * Tel: (+99412 )465-55-95 Mobile: mob: (+994 50) 209 64 81