Kənd təsərrüfatı

Pacific Agriculture

"Pacific Agriculture" MMC Qrupun kənd təsərrüfatı və qida sənayesi sektorunda strateji planlaşdırma, fəaliyyətin təşkili, nəzarət və koordinasiya funksiyalarının bir hissəsinin təmin edilməsi məqsədi ilə yaradılmışdır.

Şirkətimiz aqrar sektorda maliyyə və insan resursları menecmenti, logistika, təchizat, satış və marketinq sahələrində Qrupun ümumi strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir.

Mütəxəssislərimiz dövlət qurumları ilə əməkdaşlığın təşkili, kənd təsərrüfatı və ərzaq bazarlarının monitorinqi, texniki-iqtisadi əsaslandırmaların hazırlanması, maliyyə vəsaitlərinin cəlb edilməsi sahəsində də fəaliyyət göstərirlər.

"Pacific Agriculture", eyni zamanda bir əməliyyat şirkətidir. Müəssisə kənd təsərrüfatı məhsullarının ixrac və idxalı ilə məşğul olan bir sıra beynəlxalq ticarət şirkətləri ilə işgüzar əlaqələr yaratmışdır. Həmçinin müəssisə tərəfindən buğda və yem bitkilərinin idxalı və daxili bazarda satışı həyata keçirilir.

Əlaqə vasitələri
Ünvan: Şamaxı şossesi 15 km, Bakı, Azərbaycan
Phone: (+994 12) 310 40 00 Mobile: (+994 50) 209 65 65